Balıq ovunun kvotası təsdiqləndi

Balıq ovunun kvotası təsdiqləndi
  05 Yanvar 2018    Oxunub:2348
Nazirlər Kabineti “2018-ci il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nü təsdiq edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin imzaladığı qanuna əsasən balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvota) aşağıdakı kvota növləri üzrə bölgüsü aşağıdakı kimidir:

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar - 3455 ton;

başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar - 205,1 ton;

elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 13,2 ton;

təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 10,8 ton;

akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 28,2 ton.

Qeyd edək ki, balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar bu əlavənin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalara daxil edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Nazirlər-Kabineti   Balıq   Ov  





Xəbər lenti