Goranboydakı kütləvi dava ilə bağlı Rəsmi məlumat

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R.İsmayılov tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsində yer alan məlumata əsasən , yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərindən rayon sakinləri Zülfi Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmiş, Z.Cəbrayılov orada ölüb.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Ürfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
AzVision.az
Teqlər: Goranboy Baş-Prokurorluq