Nəzarət Palatası attestasiya keçirəcək

Nəzarət Palatası attestasiya keçirəcək
  05 Yanvar 2018    Oxunub:1661
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün 2018-ci ilin 08-10 yanvar tarixlərində attestasiya keçirəcək.
Palatadan AzVision.az-a verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 15 nəfərin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: attestasiya  





Xəbər lenti