Banklar ötən ilin 11 ayını mənfəətlə başa vurub
Bank sektorunun xalis əməliyyat mənfəəti 934,5 mln. manat olub. Banklar bunun 316,8 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlarımn yaradılmasına yönəldiblər, digər mənbələrdən isə 3,5 mln. manat gəlir əldə ediblər, 28,5 mln. manat isə mənfəət vergisi ödəyiblər. Bununla da, sektorun 11 aylıq xalis mənfəəti 592,7 mln. manat təşkil edib.
Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil edib. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olub.
AzVision.az
Teqlər: Maliyyə-Bazarlarına-Nəzarət-Palatası bank