Ötən il 483 çoxmərtəbəli binaya qaz verilib

Ötən il 483 çoxmərtəbəli binaya qaz verilib
  05 Yanvar 2018    Oxunub:1640
2017-ci ildə 483 çoxmərtəbəli binaya təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən AzVision.az-a bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, “Azəriqaz” 2017-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 71 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 2 min 968 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində təbii qazla təchiz edilmiş çoxmərtəbəli binaların sayı 483 olub ki, həmin binalarda da 21 min 445 mənzil vardır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

AzVision.az


Teqlər: qaz  





Xəbər lenti