“Bəzi valideynlər əlil uşaqlarından imtina edir” - Baş pediatr

Bu barədə AzVision.az-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib.
"Azərbaycanda diri doğulmanın yeni meyarlarına 2015-ci ildən keçilib. Hər il diri doğulan uşaqların sayı artır. Bu, yeni texnologiya hesabına mümkündür. Onlar daim nəzarətdə olurlar. Kritik vəziyyətdən çıxandan sonra inkişaf etməyə başlayırlar. Təəssüf ki, uşaqların çoxunda qüsur qalır və onları tam sağlam etmək mümkün olmur".
Baş pediatr qeyd edib ki, 1000 qramdan az doğulan uşaqlarda əlillik əsasən baş-beyin və dayaq hərəkət sistemində müşahidə edilir: "Belə uşaqlardan imtina edən valideynlər də var. Biz həmin uşaqları bəsləyib, daha sonra körpələr evinə veririk".
Aytən Zəhra
AzVision.az
Teqlər: Nəsib-Quliyev