Pambıq tədarükü 207 min tonu keçib

Pambıq tədarükü 207 min tonu keçib
  06 Yanvar 2018    Oxunub:1405
Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 207 005 tondan çox pambıq təhvil verilib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən gün məntəqələrə 50 ton pambıq verilib.

Pambıq tədarükündə Saatlı (25 748 ton), Biləsuvar ( 24 762 ton), Bərdə (22 379 ton), Ağcabədi (20 420 ton) rayonları irəlidədir.

Qeyd edək ki, ötən il 136 413,2 hektar sahədə çiyid səpilib.

AzVision.az


Teqlər: pambıq  





Xəbər lenti