BNA avtobus qəzası ilə bağlı məlumat yaydı

Hazırda hüquq mühafizə orqanları yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə, hadisə sürücünün ehtiyatsızlığı səbəbindən baş verib.
“Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarə edilməsinə şərait yaradır.
Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaqlar”, - deyə BNA-nın rəsmi məlumatında bildirilib.
AzVision.az