İtkin düşən alpinistlərdən nə xəbər var?

İtkin düşən alpinistlərdən nə xəbər var?
  08 Yanvar 2018    Oxunub:44227
Bu gün Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarış işləri davam edib.
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından AzVision.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib.

AzVision.az


Teqlər: FHN   Alpinist  





Xəbər lenti