İcbari sığorta haqlarını “MilliÖn”lə ödəmək olar
Terminal vasitəsilə sığorta haqqının ödənilməsi ödənişin məbləğinə və prosesin gedişatına bilavasitə nəzarət etmək istəyən vətəndaşlar üçün daha əlverişli yoldur.
Qeyd etmək lazımdır ki, sözügedən imkanın yaradılması İcbari Sığorta Bürosu ilə “MilliÖn” ödəniş sisteminin operatoru olan “Komtec” şirkətinin birgə əməkdaşlığı sayəsində mümkün olmuşdur.
“MilliÖn” terminallarında icbari avtoməsuliyyət sığortası müqavilələri üzrə sığorta haqlarının ödənilməsi qaydası ilə daha ətraflı İcbari Sığorta Bürosunun hazırladığı və veb-saytında yerləşdirilmiş istifadəçi təlimatı və maarifləndirici videoçarx vasitəsilə tanış olmaq olar.
AzVision.az
Teqlər: İcbari-Siğorta-Bürosu







Vaxtında, Aydın, Lazımlı!


