Yardımlı sakini 1 kiloqram heroinlə tutuldu

Yardımlı sakini 1 kiloqram heroinlə tutuldu
  08 Yanvar 2018    Oxunub:2384
Yardımlı sakinindən 1 kiloqramdan artıq narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Rasim Həsənov Zabrat qəsəbəsində saxlanılıb, üzərinə baxış keçirilərkən 1 kiloqram 200 qram heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   heroin  





Xəbər lenti