QSC-dən
AzVision.az-a verilən xəbərə görə, gəmiçiliyin sədri Rauf Vəliyev qonağa Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nailiyyətlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə barədə ətraflı məlumat verib.
Səfir Rustam Soli Gəmiçiliyin tranzit imkanları ilə yaxından tanış olub. Bildirib ki, Tacikistan Xəzər dənizi üzərindən də beynəlxalq bazarlara yük daşımaqda maraqlıdır. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
AzVision.az