Metroda faciə: Oğlan özünü qatarın altına atdı - (Yenilənib)

AzVision.az xəbər verir ki, sərnişin özünü qatarın altına ataraq canına qəsd edib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a faktı təsdiqləyib. Bildirib ki, hadisə saat 22:10-da baş verib. İntihar edən şəxs 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur. Onun meyiti hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
AzVision.az