Naxçıvanda ötən il 10 məktəb istifadəyə verilib

Bildirilib ki, IX-XI siniflərin sınaq imtahanları buraxılış imtahanlarının formatına uyğun həyata keçirilib. Bununla yanaşı, Azərbaycan Respublikası məktəblilərinin fənn olimpiadasında 20 şagird qalib gəlib ki, onlardan 2-si qızıl, 5-i gümüş, 13-ü isə bürünc medallara layiq görülüb.
2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1735-i ali, 629-u orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Qəbul imtahanlarının nəticələrinə əsasən 289 nəfər 500-dən yuxarı bal toplayıb. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 3-ü Prezident təqaüdünə layiq görülüb. 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500- 700 arası bal toplayıb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Naxçıvan Təhsil Məktəb