“Qarabağ” Antalyaya yollandı

  09 Yanvar 2018    Oxunub : 543
“Qarabağ” Antalyaya yollandı
Ağdamın “Qarabağ” futbol klubu təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
AzVision.az kluba istinadən xəbər verir ki, Antalya bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Qurban Qurbanovun rəhbərliyi ilə altı yoxlama oyununa çıxacaq. İlk matçını yanvarın 17-də Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək “Qarabağ” bu görüşdən üç gün sonra Polşanın “Lexiya” komandası ilə üz-üzə gələcək.

Yanvarın 25-də isə iki oyunun keçirilməsi planlaşdırılıb. Azərbaycan çempionu öncə Makedoniyanın “Şkupi”, ardınca Ukraynanın “Mariupol” klubları ilə qarşılaşacaq. Yanvarın 29-da Bosniya və Herseqovina təmsilçisi “Sarayevo” ilə qüvvəsini sınayacaq ağdamlılar son oyunlarını fevralın 3-də Monteneqronun “Mladost” komandasına qarşı keçirəcəklər.

Qeyd edək ki, “Qarabağ” fasiləyə “qış çempionu” kimi yollanıb. Ağdam klubu Premyer Liqanın geridə qalan 14 turundan sonra 37 xalla birinci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qəbələ”ni 6 xal qabaqlayıb.

AzVision.az

Teqlər: QarabağFK