Hesablama Palatası xərclərinə qənaət edib

Hesablama Palatası xərclərinə qənaət edib
  09 Yanvar 2018    Oxunub:2792
Hesablama Palatası 2017-ci il üzrə xərclər smetasının icrası haqqında məlumatı açıqlayıb.
Palatadan AzVision.az-a verilən məlumata görə, ötən il ərzində qurumun xərcləri 3 mln. 369,432 min manat təşkil edib ki, bu da xərclər smetasının 88,14% icra olunması deməkdir. Başqa sözlə, Hesablama Palatası ötən il xərclərə 12% qənaət edib.

Hesabat dövründə Palatanın ştatda olan işçilərinin əmək haqqı xərcləri 1 mln. 750, 146 min manat olmaqla 88,69%, ştatdankənar işçilərin əmək haqqı 35,564 min manat olmaqla 80,21%, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 526,460 min manat olmaqla 90,47%, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 508,677 min manat olmaqla 88,95%, icbari dövlət sığortası üzrə 9,864 manat olmaqla 88,5% səviyyəsində icra olunub.

Bundan başqa, ölkədaxili və xarici ezamiyyələr üzrə xərclərə də qənaət olunub. Belə ki, Hesablama Palatasının ölkədaxili ezamiyyələr üzrə xərclərə 59,438 min manat olmaqla 60,04%, xarici ezamiyyələr üzrə 74,480 min manat olmaqla 99,97% səviyyəsində icra olunub.

Ötən il Palata pensiyaya çıxan dövlət qulluqçularına müavinətlər üzrə ödənişlərə 11,218 min manat xərcləyib ki, bu da xərclər smetasının 28,03% icra edilməsi deməkdir. Hesablama Palatası iş qabiliyyətini müvəqqəti itirməyə görə xərclər smetasını 94,72% icra edərək 20,838 min manat məbləğində müavinət verib.

AzVision.az


Teqlər: Hesablama-Palatası  





Xəbər lenti