Deputatlar Goranboyda tapılan qadına baş çəkiblər - FOTOLAR

Deputatlar Goranboyda tapılan qadına baş çəkiblər - FOTOLAR
  09 Yanvar 2018    Oxunub:2104
Milli Məclisin bir qrup deputatı Goranboyda tapılan, çeçen əsilli olduğunu iddia edən 104 yaşlı Mədinə Əliyevanın qaldığı sığınacağa baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında millət vəkili Aydın Mirzəzadə bildirib.

"Bu gün YAP-çı deputatlar Flora xanım Qasımova, Hikmət Məmmədov, mən və YAP Qadınlar Şurasının fəalı Yasamal rayon 52 saylı məktəbin direktoru Elmira xanım Ələsgərova həmin qadının yerləşdiyi sosial sığınacqda ona baş çəkdik və vəziyyəti ilə maraqlandıq"- deputat qeyd edib.

Qeyd edək ki, yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən 104 yaşlı qadının əsl kimliyi müəyyən edilməyib. O, özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad, soyadlı qadının qeydiyyatda olmadığı bildirilib. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı ortaya çıxıb.







AzVision.az


Teqlər: YAP   Deputat  





Xəbər lenti