Bakıda 13 yaşlı qız yoxa çıxıb - VİDEO

Bakıda 13 yaşlı qız yoxa çıxıb - VİDEO
  10 Yanvar 2018    Oxunub:3265
Bakıda 13 yaşlı qız itkin düşüb.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 13 yaşlı Nəsibə Mirzəyeva iki gün əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan sonra qızın valideynləri polisə müraciət ediblər.

Namiq Mirzəyev bildirib ki, qızı evdən çıxarkən əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub. Ata iddia edir ki, Nəsibə Mirzəyevanı tanımadığı şəxslər aldadaraq oğurlayıblar.

Namiq Mirzəyevin sözlərinə görə, qızı bir neçə dəfə həyətdə kiminləsə söhbət edib. Bu isə atasında şübhələr yaradıb. Buna görə də qızına evdən çölə çıxmaması ilə bağlı xəbərdarlıq edib.

Atası deyir ki, Nəsibə Mirzəyevanın telefonu olmayıb. O, qızını hətta məktəbə getməyə də qoymurmuş. Üç qız atası olan Namiq Mirzəyev indi övladının tapılmasını istəyir.

Faktla bağlı Sabunçu rayonu 14-cü polis bölməsində araşdırma aparılır. (Xəzər TV)



AzVision.az


Teqlər: Qız   İtkin  





Xəbər lenti