Bəzi siqaretlərin qiyməti ucuzlaşdı - FOTOLAR

Bəzi siqaretlərin qiyməti ucuzlaşdı - FOTOLAR
  10 Yanvar 2018    Oxunub:28501
Bakıda bəzi siqaretlərin qiyməti ucuzlaşıb.
AzVision.az-ın məlumatına görə, “Vest Kompakt” və “Rothmans” siqaretləri bu gündən etibarən 30 qəpik ucuzlaşıb. Bundan əvvəl 1.80 manata satılan siqaretlər indi 1.50 manata müştərilərə təklif olunur.

Əməkdaşımız paytaxtın bir neçə mağazasında müşahidə aparıb. Satıcılar siqaretin ucuzlaşmasını təsdiq ediblər. Bunun hansı səbəbdən olduğu bilinməsə də, digər markalı siqaretlərin də yaxın günlərdə ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycanda ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkmək qadağan olunub.













Foto: Elvin Abdulla
AzVision.az





Teqlər: Siqaret  





Xəbər lenti