Nəvə nənəsini tamah məqsədilə öldürüb

Nəvə nənəsini tamah məqsədilə öldürüb
  10 Yanvar 2018    Oxunub:2644
Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.

Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

N. Muradov öldürülən qadının nəvəsidir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti