Gömrük Komitəsi büdcəyə 255 milyon manat köçürüb
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 73 milyon 905,2 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 132 milyon 850,2 min manat, aksizlər üzrə 15 milyon 674,7 min manat, yol vergisi üzrə isə 2 milyon 949,5 min manat təşkil edib.
Həmçinin DGK xətti ilə ötən il ərzində 2 milyard 610 milyon manata yaxın vəsait dövlət büdcəsinə daxil olub. 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib. Gömrük Komitəsi bu öhdəliyi təqribən 360 milyon manat artıqlaması ilə yerinə yetirib.
AzVision.az