Mərkəzi Bank depozit hərracı keçirəcək

Mərkəzi Bank depozit hərracı keçirəcək
  10 Yanvar 2018    Oxunub:1373
Yanvarın 12-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

AzVision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti