Bakıdan Naxçıvana 32 min tondan çox benzin daşınıb

Bakıdan Naxçıvana 32 min tondan çox benzin daşınıb
  11 Yanvar 2018    Oxunub:1984
2017-ci ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən 32 min 554,5 ton A-92 benzini, 107 min 821,7 ton dizel yanacağı, 9 min 125,3 ton bitum, 10 min 999,7 ton mazut, 269,2 ton müxtəlif növ yağlar, 1975 ton maye qaz gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncaqda qeyd olunub.

Bildirilib ki, alınan yanacaq muxtar respublikaya Bakı-İran İslam Respublikası və Bakı-Gürcüstan-Türkiyə marşrutları ilə daşınıb. Belə ki, Gürcüstan-Türkiyə yolu ilə 22 min 809,5 ton, İran İslam Respublikasından keçməklə 139 min 584,9 ton, ümumilikdə isə muxtar respublikaya hər iki marşrutla 162 min 394,4 ton neft məhsulları gətirilib.

Müəssisə 2017-ci ildə ümumi dövriyyəsi 103 milyon 209 min manat olan 160 min 766 ton müxtəlif neft məhsulları satıb. 2017-ci ildə müəssisə satışdan 900,6 min manat mənfəət əldə edib.

AzVision.az


Teqlər: Naxçıvan   Neft   Qaz  





Xəbər lenti