Azərbaycan nefti 71 dollardan baha satılır

  11 Yanvar 2018    Oxunub : 718
Azərbaycan nefti 71 dollardan baha satılır
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar bahalaşaraq 71,25 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 69,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar azalaraq 63,50 dollar təşkil edib.

AzVision.az

Teqlər: neft