26 mindən çox “Elektron imza” sertifikatı verilib

26 mindən çox “Elektron imza” sertifikatı verilib
  11 Yanvar 2018    Oxunub:3409
2017-ci ildə dövlət qurumlarına 9 724, fiziki şəxslərə 7 412, hüquqi şəxslərə isə 9 552 olmaqla ümumilikdə 26 688 “Elektron imza” sertifikatı istifadəyə verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan AzVision.az-a verilən məlumata görə, bu da 2016-cı il ilə müqayisədə 3 648 sertifikat sayı çoxdur.

Məlumat üçün qeyd edək ki, “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 yanvar tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 75 674, fiziki şəxslər üzrə 24 536, hüquqi şəxslər üzrə isə 26 516 olmaqla, ümumilikdə 126 726 “Elektron imza” sertifikatı istifadəyə verilib.

Ötən il ərzində dövlət qurumları tərəfindən 8 147 916, habelə hüquqi və fiziki şəxslər tərəfindən 3 318 233 olmaqla, ümumilikdə 11 466 149 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 29 871 550 autentifikasiya və elektron imza əməliyyatlarının 38,4%-i deməkdir.

“Elektron imza”, həmçinin “Elektron hökumət” portalının autentifikasiya vasitələrindəndir. Ötən il ərzində elektron imza kartları vasitəsi ilə ümumilikdə 5 791 005 autentifikasiya qeydə alınıb.

Qeyd edək ki, “Elektron imza” sertifikatlarını poçt filiallarından, “Şəbəkə” xidmət mərkəzlərindən, habelə Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat məntəqələrindən, elektron imza saytı (www.e-imza.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) onlayn sifarişlə əldə etmək mümkündür.

Xatırladaq ki, elektron imzadan 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.

AzVision.az


Teqlər: Elektron-imza  





Xəbər lenti