"BakuBus" gediş haqlarını qaldıracaq? - Qurum açıqlama verdi

"Gediş haqqının müəyyən edilməsi "BakuBus" MMC-nin səlahiyyətlərinə daxil deyil. Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi marşrut xəttinin uzunluğundan (Burada sərnişinin gedəcəyi məsafə nəzərdə tutulmur) asılı olaraq dəyişir.
Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 q.- dir. Yanvarın 13-dən etibarən “BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib"-deyə M.Piriyev vurğulayıb.
AzVision.az