Prezident banklarla bağlı qanun imzaladı

Prezident banklarla bağlı qanun imzaladı
  11 Yanvar 2018    Oxunub:3208
Azərbaycan prezidenti İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.
AzVision.az-ın məlumatına görə, qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılıb;

1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: “Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur”.

Keçid müddəasında (Maddə 2) isə qeyd olunur ki, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti