Bank Ombudsmanı Avropa İttifaqı ilə razılaşdı

Bank Ombudsmanı Avropa İttifaqı ilə razılaşdı
  11 Yanvar 2018    Oxunub:1612
Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Avropa İttifaqının ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertlər - Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri cənab Fərhad Nəsəfov və Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin mütəxəssisi xanım Məryəm Hacı-İsmayılova ilə görüşüb.
Katiblikdən AzVision.az-a verilən xəbərə görə, görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı və görülmüş işlər haqqında məlumat almaq və mediasiya sahəsində digər aidiyyatı qurumlar kimi Bank Ombudsmanının fəaliyyətinin rolu barədə fikir mübadiləsi aparmaq olub.

İ.Kərimov Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb. O, müasir dövrdə banklar ilə müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu problemlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlşdırılan Maliyyə Ombudsmanı haqqında Qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.

Avropa İttifaqının nümayəndəsi cənab R. Simaitis də, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirib, bu sahədə görülən işləri yüksək qiymətləndirib. O qeyd edib ki, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt araşdırıcı missiya, məlumatlandırmanın artırılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə işçi qrup müzakirələri, təlim səfəri və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanması da bu layihəyə daxildir. Bu sahədə də Bank Ombudsmanının fəaliyyətinin əhəmiyyəti böyükdür.

Sonda Bank Ombudsmanı ilə Avropa İttifaqı və dövlət orqanları ilə bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və İşçi Qrupunun işinə dəstək veriləcəyi haqqında razılıq əldə olunub.

AzVision.az


Teqlər: Bank-Ombudsmanı   Avropa-İttifaqı  





Xəbər lenti