Şahin Mustafayev iranlı səfirlə görüşüb

  11 Yanvar 2018    Oxunub : 539
Şahin Mustafayev iranlı səfirlə görüşüb
İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Bu barədə AzVision.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, görüşdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfirlə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

AzVision.az

Teqlər: İqtisadiyyat-naziri   Azərbaycan   İran