Şamaxı və İsmayıllıda yollar buz bağlayıb - VİDEO

Bakı -Şamaxı- Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistrallarında səhər saatlarında donma müşahidə olunub. Əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə yollar təmizlənib, qum-duz qarışığı səpilib.
Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir. Bununla belə, gecə saatlarında şaxtalı hava səbəbindən yolların buz bağlayacağı istisna edilmir. Ona görə də avtomobilləri qışa hazırlıqsız olan sürücülərin yola çıxmaması məsləhət görülür. (ARB TV)
AzVision.az
Teqlər: Şamaxı İsmayıllı Qar Yol Buz