Nəzarət Palatası bu il görüləcək tədbirləri müzakirə edib
Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması, sığorta sektorunun təkmilləşdirilməsi məqsədilə mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində atılan addımlar, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlərlə bağlı təkliflər dinlənilib. İclasda, həmçinin maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icrası ilə bağlı məsələlər müzakirə olunub.
İclasda daxili Monitorinq qrupu tərəfindən strateji yol xəritələrinin icrası üçün 2017-2018-ci illər üzrə Əməliyyat Planının 2018-ci il üzrə icra olunacaq tədbirlərin həyata keçirilməsində yarana biləcək risklər və növbəti hədəflər barədə məlumat iclas iştirakçılarına təqdim edilib. İ. Alışov Əməliyyat Planının 2018-ci ildə də vaxtında və daha effektiv həyata keçirilməsi ilə bağlı öz tövsiyə və tapşırıqlarını işçi qruplarının rəhbərlərinə verib.
AzVision.az
Teqlər: MBNP