Həmkəndlisini güllələyərək öldürən şəxs tutuldu

Həmkəndlisini güllələyərək öldürən şəxs tutuldu
  12 Yanvar 2018    Oxunub:1259
Beyləqan rayonunda münaqişə zəminində həmkəndlisini ov tüfəngindən atəş açmaqla öldürən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub. Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb. Ə.Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M.Mustafayev Ə.Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti