Keçmiş məhkumdan 1,5 kq narkotik götürülüb

Polis əməkdaşları tərəfindən onların üzərlərinə və avtomobilə baxış keçirilib. Nəticədə avtomobilin arxa oturacağının altında gizlədilmiş, A.Əhmədova məxsus, sellofan torbada olan külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Ekspertizaya təqdim olunan narkotik vasitənin 1 kiloqram 455 qram marixuana olması barədə rəy verilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır. Saxlanılan şəxslər və maddi sübutlar istintaqa təhvil veriliblər.
AzVision.az