Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
  12 Yanvar 2018    Oxunub:1423
Bakının Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan, 1964-cü il təvəllüdlü Sivuşkin Dmitri Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil verib.

AzVision.az


Teqlər: FHN   meyit  





Xəbər lenti