Kənd müəllimlərinin imtiyazları artırıldı - VİDEO

Kənd müəllimlərinin imtiyazları artırıldı - VİDEO
  13 Yanvar 2018    Oxunub:2799
Kənd məktəblərində dərs deyən müəllimlərin imtiyazları artırılıb.
Bununla bağlı Nazirlər Kabineti yeni qərar verib. Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, yenilik bu kateqoriyadan olan müəllimlərə bir sıra üstünlüklər verir.

Dəyişiklik "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərarda əksini tapıb.

Qeyd edək ki, hazırda kənd yerlərində dərs deyən müəllimlər 60 manat həcmində kirayə pulu alırlar. 2014-cü ildən qəbul edilən qaydaya görə bundan əlavə vəsaitlər də hesablanır.

Müsabiqədən yeni keçərək kənd məktəblərinə təyinat alan müəllimlərə ilk aydakı maaşlarında iki aylıq maaş miqdarında əlavə vəsait yüklənir. Bu müəllimlərin həmin yerdə məskunlaşmasına yardım etmək məqsədilə edilir. (Xəzər TV)



AzVision.az


Teqlər: Kənd   Müəllim   Təhsil-Nazirliyi  





Xəbər lenti