Mərkəzi Bank 250 milyon manat cəlb edir

  13 Yanvar 2018    Oxunub : 457
Mərkəzi Bank 250 milyon manat cəlb edir
Yanvarın 15-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

AzVision.az

Teqlər: Mərkəzi-Bank