Nazirlik tapşırıqlara 102,7 faiz əməl edib

Qeyd olunub ki, hesabat ili ərzində 2562 ədəd yeni telefon nömrəsi istismara
verilib. Ümumilikdə, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti öz müştərilərinə 27 milyon 436 min 390 manat dəyərində xidmət göstərib.
Yüksək keyfiyyətli xidmət sayəsində 4-cü nəsil “Naxtel” operatorunun istifadəçi sayı il ərzində 20700 nəfər artaraq 30 minə yaxınlaşıb.
Bundan əlavə, 2017-ci ilin iyun ayında nazirliklə Çin Xalq Respublikasının
“Huawei” şirkətinin birgə layihəsi olan “Gələcəyin İKT sahəsindəki toxumları”
adlı ikinci proqram çərçivəsində 12 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki yay təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib.
AzVision.az