Deputatdan metrodakı intiharlarla bağlı təklif - FOTO

Deputatdan metrodakı intiharlarla bağlı təklif - FOTO
  13 Yanvar 2018    Oxunub:3449
Bu həftə Bakı metrosunda iki nəfər özünü relslərin üstünə ataraq həyatına qəsd edib. İki nəfər həyatdan köçsə də, ailələrinə illərlə çəkiləcək böyü bir ağrı qoyub gediblər.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında millət vəkili Aydın Mirzəzadə yazıb.

Deputat bildirib ki, vaxtında onlara psixoloji dəstək olunsaydı, faciələrin qarşısını almaq olardı. Ancaq hadisə baş verib və gələcəkdə belə hadisələrin təkraralanacağı istisna deyil.



A.Mirzəzadə qeyd edib ki, xaricdə bu problemin həllini artıq tapıblar və metro stansiyalaraında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir:

"Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq. Belə sistemi Bakı metrosunda da qurmaq olardı".



AzVision.az


Teqlər: Millət-vəkili   Metro   İntihar  





Xəbər lenti