Qaçırdığı avtomobillə qəza törətdi

Qaçırdığı avtomobillə qəza törətdi
  13 Yanvar 2018    Oxunub:1963
Yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobil həmin gün saat 23 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.
Araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti