Oğurluq edən keçmiş məhkumlar tutuldu

Oğurluq edən keçmiş məhkumlar tutuldu
  13 Yanvar 2018    Oxunub:1298
Bakıda oğurluq hadisəsi baş verib.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verib. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisindəki evlərin birindən mobil telefon və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Kərimov və Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənbəyli saxlanılıb.

Eyni zamanda Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 280 ABŞ dolları və 40 avro, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Axundov saxlanılıb.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti