Azərbaycanlı deputat komaya düşüb

  13 Yanvar 2018    Oxunub : 1934
Azərbaycanlı deputat komaya düşüb

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.

AzVision.az Modern.az-a istinadən xəbər verir ki, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindədir.

Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və əməliyyatdan sonra komaya düşüb.

Qeyd edək ki, N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

AzVision.az

Teqlər: Deputat   Koma