Şirvanda evin çardağı çöküb, xəsarət alan var

Şirvanda evin çardağı çöküb, xəsarət alan var
  13 Yanvar 2018    Oxunub:1905
Şirvanda yaşayış evinin çardağı çöküb, bir nəfər dağıntılar altında qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb. Nəticədə bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti