Azərbaycanlı oliqarx bir gündə bir milyard qazandı

Azərbaycanlı oliqarx bir gündə bir milyard qazandı
  14 Yanvar 2018    Oxunub:11989
Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bir gündə bir milyard dollara yaxın varlanıb.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, buna səbəb “Lukoyl”un aksiyalarının bu şirkətin tarixi ərzində maksimum artması olub.

Moskva birjalarında “Lukoil”in aksiyalarının dəyəri 7 faizədək artıb ki, bu da şirkətin prezidentinin varidatına daha bir milyard əlavə edib.

Analitiklər “Lukoyl”un aksiyalarının dəyərinin bir qədər də artacağını proqnozlaşdırırlar.

AzVision.az


Teqlər: Vahid-Ələkbərov  





Xəbər lenti