Lənkəranda ana və qızı döyülüb - Ölən var

Lənkəranda ana və qızı döyülüb - Ölən var
  14 Yanvar 2018    Oxunub:1495
Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Liman şəhərində baş verib. 1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və qızının vəziyyəti ağır olduğundan onlar ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti pisləşən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Lənkəran   Ölüm  





Xəbər lenti