“Azərişiq”a müraciətlərin sayı artıb

  15 Yanvar 2018    Oxunub : 533
“Azərişiq”a müraciətlərin sayı artıb
2017-ci il ərzində “Azərişiq” ASC-yə daxil olmuş elektron müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə ASC-nin Baş İdarə və Regional Enerji Təchizatı və Satışı İdarələrində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.
Azərişiq”dan AzVision.az-a verilən məlumata görə, müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib.

Azərişiq” ASC-nin fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi istehlakçılar tərəfindən daxil olan bütün müraciətlər cavablandırılıb.

Aparılmış analitik araşdırma nəticəsində məlum olub ki, ən çox vətəndaşların müraciətləri gərginliyin aşağı olması ilə bağlı olub (30,8 %). Ötən ilin eyni dövrü ilə müqayisədə bununla bağlı müraciətlərdə 9,6 % azalma müşahidə olunur.

Azərişıq” ASC-nin rəsmi internet səhifəsindən son bir il ərzində 6604 elektron müraciət daxil olub ki, bütün müraciətlər qısa müddət ərzində “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən araşdırılıb icra edilib. Qeyd edək ki, 2016-cı ilin analoji dövründə 5477 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 17,1 % artıb.

“Statistikaya əsasən qeyd etmək olar ki elektron müraciətlərin daha çevik və operativ həlli istehlakçıların bu xidmətdən istifadəsinin artırıb. Həmçinin bildirmək istəyirik ki, daxil olmuş müraciətlər həftənin 6 günü cavablandırılır, istehlakçıların bütün müraciətləri araşdırılıb həll edilir, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki,istehlakçılar müraciətlərini “Azərişiq” ASC-nin www.azerishiq.az rəsmi internet səhifəsinin “Elektron Müraciət” bölməsinə daxil olaraq onları maraqlandıran sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə ünvanlaya bilərlər. Müraciətlərin qəbul olunması barədə istehlakçılara dərhal məlumat veriləcək, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin ediləcək. Bundan əlavə, istehlakçılar ASC-nin 199 nömrəli “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər: “Bütün müraciətlər araşdırılaraq öz həllini tapacaq”.

AzVision.az

Teqlər: Azərişiq