Nazirlik vergi ödəyicilərinə güzəşt etdi
Bəyannamənin internet vasitəsi ilə göndərilməsi üçün ilk növbədə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) “GİRİŞ” düyməsi və “Sistemə giriş səhifəsi”nin “E-bəyannamə, ƏDV-DH və ŞHV” alt bölməsi seçilir. Sonra istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (ASAN İmza) məlumatları müvafiq xanalara daxil edilir, açılan pəncərənin “E-bəyannamə” blokundakı “On-line sadələşdirilmiş bəyannamə” alt menyusunda bəyannamə onlayn qaydada tərtib edilir. Daxil edilmiş məlumatlar yoxlanılaraq təsdiq edilməklə bəyannamə vergi orqanına göndərilir. Həmin bölmədə bəyannamənin göndərilməsi barədə “Bildiirş”ə baxmaq və ya çap etmək mümkündür.
2017-ci ilin 4-cü rübü üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 1 nömrəli Əlavə ilə birlikdə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istidadə edilən 1-dən artıq təsərrüfat subyekti (obyekti) olduqda 3 nömrəli Əlavə ilə birlikdə tərtib edilərək vergi orqanına göndərilir.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi