Bilgəhdə qəbiristanlıqdan oğurluq edilib

Bilgəhdə qəbiristanlıqdan oğurluq edilib
  15 Yanvar 2018    Oxunub:1695
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Bilgəh qəsəbəsi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin kənarına quraşdırılan alüminiumdan olan çəpəri oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, araşdırmalarla onların paytaxt sakinləri Hüseyn Ağayev və Kamran Ağayev olmaları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aprılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti