Mikayıl Cabbarov yeni səfirlə görüşüb

Mikayıl Cabbarov yeni səfirlə görüşüb
  15 Yanvar 2018    Oxunub:1867
Yanvarın 12-də vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti