2017-ci ildə rekord sayda ipoteka krediti verilib

2017-ci ildə rekord sayda ipoteka krediti verilib
  16 Yanvar 2018    Oxunub:2361
“İpoteka kreditlərinin verilməsi sahəsində yeniliklərin tətbiqi, prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb. Nəticədə, əvvəlki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib”.
İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat Xidmətindən AzVision.az–a verilən xəbərə görə, 2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 mln.manat məbləğində isə 3109 ipoteka krediti verilib.

Qeyd olunub ki, ötən il ərzində verilmiş kreditlərin 1076 ədədi (70,6 mln.manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. 2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) Cəmiyyət tərəfindən maliyyələşdirilib.

“Ümumilikdə, 2006-2017-cı illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln.manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib. İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 24,1%-i isə regionlarda verilib”.

AzVision.az


Teqlər: ipoteka   kredit  





Xəbər lenti