Qanunsuz dini ədəbiyyat satan 142 nəfər cərimələnib

Həmin şəxslərdən 4248 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD və DVD disk aşkar edilərək götürülüb. Onlara tətbiq olunan cərimələrin məbləği 22.000 manat təşkil edib.
Ümumilikdə 2017-ci il ərzində “Dini etiqad azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 142 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 5185 ədəd dini ədəbiyyat, 145 ədəd CD və DVD audio-video kaset, 356 broşura, jurnal, buklet və 188 ədəd digər dini əşyalar aşkar edilərək götürülüb. Fiziki və hüquqi şəxslərə tətbiq edilən cərimələrin məbləği 86.000 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: DİN